2017-ci ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilib. Bu sahədə görülmüş işlərin 9071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub.
Həmçinin, ümumilikdə 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə 83462 metr qazma işi görülüb. Bunların 77078 metri istismara, 6384 metri isə kəşfiyyata aid olub.
Qeyd edək ki, 2017-ci ilin iyul ayında qazmadan alınmış 8, il ərzində isə 46 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.