2017-ci ilin iyul ayında İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 930-dan çox müraciət daxil olub. Bu müraciətlərin 730-dan çoxu canlı rejimdə, 190-dan çoxu isə səsli menyu vasitəsilə cavablandırılıb.
Belə ki, ötən ay ərzində daxil olan müraciətlər əsasən, sahibkarlıq, güzəştli kreditlərin əldə olunması, lisenziyaların verilməsi, istehlakçıların qanuni hüquqlarının müdafiəsi, İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin qeydə alınması qaydaları, investisiya təşviqi sənədinin verilməsi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi mexanizmləri, “Made in Azerbaijan” brendinin təşviqi və Nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.
Qeyd edək ki, ümumilikdə fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 69 minə yaxın müraciət daxil olub.