Sənaye məhsulunun istehsalı azalıb

2017-ci ilin yanvar-iyul aylarında ölkə sənayesində 21,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % az sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,6 % artıb, neft sektorunda isə 7,1 % azalıb.

Sənaye məhsulunun 70 %-i mədənçıxarma sektorunda, 24,8 %-i emal sektorunda, 4,4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 8,9 %, əmtəəlik qaz hasilatı isə 1,3 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,6 % artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,1 % azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır