Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” ciddi şəkildə video məhsullarını inkişaf etdirmək və gələcəkdə ənənəvi televiziya və bazar nəhəngi “YouTube” rəqabət aparmaq fikrindədir.
Belə ki, “Facebook”da video üçün ayrıca lent artıq ötən il istifadəyə verilib. Amma hələlik orada kiçik həcmli həvəskar videolar və ya qısa xəbər klipləri yerləşdirilib.
Lakin, artıq vidoelenti, əksəriyyəti “Facebook”un öz hesabına istehsal edilmiş video proqramların yerləşdiriləcəyi yeni “Watch” əlavəsi əvəzləyəcək. “Watch” əlavəsi hər bir istifadəçi üçün fərdi şəkildə olacaq və ora ilk növbədə dostların bəyəndiyi proqramlar daxil olacaq.
Qeyd edək ki, yeni funksiya öncə bir sıra istifadəçilər üçün açıq olacaq, daha sonra isə hər kəs istifadə edə biləcək.