“Fitch” beynəlxalq reytinq agentliyi “Expressbank” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini stabil saxlayıb. Belə ki, Agentlik Bankın reytinqini “B” səviyyəsində təsdiq edib.
Buna səbəb son bir il ərzində bankın kredit portfelində baş verən çox az dəyişikliklərdir.
Agentliyin məlumatında qeyd edilib ki, bu reytinq səviyyəsi bankın möhkəm kapital buferinin, aktivlərinin keyfiyyətinin yaxşı və likvidliyinin kifayət qədər olduğunun sübutudur.