“Petkim”in xalis gəliri 74% artıb

“Petkim” bu ilin 2-ci rübündə əldə etdiyi 304 milyon lirə mənfəətlə, ilin ilk yarısında 655 milyon lirə mənfəət əldə edib.

Şirkətdən verilən açılamaya görə, Petkim yanvar-iyun aylarında faiz, amortizasiya və vergi öncəsi qazancı əvvəlki ilə görə artırıb.

Bu dövr ərzində şirkətin satışları 2,3 milyard lirədən 3,6 milyrad lirəyə qədər yüksəlib.

Bu ilin ilk yarısında şirkətin xalis gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% artaraq, 655 milyon lirəyə çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır