Xarici banklardan vergi ödəyicisi olmayan fiziki şəxslərin cari hesablarına vəsait daxil olması əməliyyatı sağlamdırmı?

Xarici banklardan vergi ödəyicisi olmayan fiziki şəxslərin ölkədaxilində olan cari hesablarına (sahibkarlıq məqsədi ilə açılmamış) invoys, xidmət və digər növ biznes müqavilələrinə əsasən vəsaitlər daxil olur. Bu cür əməliyyatlar sağlamdırmı?

Maliyyə Bazarlarına Nəzarət Palatasından Azərbaycan Banklar Assosiasiyasına (ABA) daxil olan məktubda suala cavab verilib. Cavabda bu cür əməliyyatın sağlam olmaması qeyd edilib. Belə ki, sahibkarlıq nəticəsində əldə olunmuş vəsaitlər vergi ödəyicisi olmayan şəxsin hesabına (və ya vergi ödəyicisi olan şəxsin qeyri-sahibkarlıq hesabına) daxil olduqda əməliyyat həyata keçirilməməli və bu barədə Palataya məlumat verilməlidir. Paralel olaraq bank müştəriyə bu cür vəsaitlərin yalnız sahibkarlıq məqsədi ilə açılmış hesabına köçürülməsinin zəruriliyi barədə bildiriş göndərməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır