Fanatik istehlakçılara diqqət yetirin…və onlarla işləməyi öyrənin – Harvard Business Review

Adi brend menecerlərinin əksəriyyəti ya onların mövcudluğundan şübhələnmir, ya da onlara diqqət yetirmir. Söhbət “fanatlardan” – brendin kor etdiyi və ona gəlirinin 10%-dən artığını xərcləyən istehklakçılardan gedir. Məhz onlar sizin ən güclü müttəfiqiniz ola bilər. Çində, Yaponiyada və Avropada 2000 fanatın araşdırılması göstərir: onların ehtiraslı marağı yoluxucudur. Onlar sevimli markalarını bloqlar, fan-saytlar, YouTube vasitəsilə tanıdırlar.

Fanatların 100%-i sevimli markalarını özlərinin bir hissəsi hesab edir və bu markaların onlar üçün çox şey demək olduğunu bildirir, 98%-i KİV, digər şirkətlər və ya insanlar sevimli brendlərinə qarşı çıxdıqda onları qoruyur, 96%-i sevimli markaları barədə “ailə üzvü” kimi danışır, 71%-i gəlirlərinin üçdə birindən çoxunu sevimli brendindən olan məhsulların alınmasına sərf edir.

İstehlakçıların orta hesabla 5%-ə qədəri fanatizmə gəlib çatır, amma onlar şirkətin mənfəətliliyinə böyük təsir göstərir. Onlar loyaldırlar. Onlar, heç nəyə baxmayaraq, adətən, markaya sadiqliklərini qoruyurlar və zəruri olduqda ona qahmar çıxmağa hazırdırlar.

Onların vəsaitləri var. Onların əksəriyyətinin 30-45 yaşları var və gəlirləri orta səviyyədən yüksəkdir.

Onlar hiss olunacaq töhfə verirlər. Məsələn, sadiq pərəstişkarlar tərəfindən hazırlanmış iPhone üçün əlavəni, yaxud sevimli avtomobillərinin satışı ilə məşğul olmaq üçün Toyota şirkətindən gedən keçmiş mühəndis Osamu Enemotonun açdığı Ferrari-nin Yaponiyadakı diler mərkəzini götürək. Enemoto 10 000 Ferrari-nin olduğu Yaponiyada bu markadan 1000 ədəddən çox satmışdı.

Fanatik istelakçılar məhz nə edirlər? Onlardan biri 30 ildən artıq müddətdə yalnız tərkibində Arm & Hammer markasının sodası olan qidalardan istifadə etdi. Digəri Nike şirkətindən olan 99 cüt eyni krossovka aldı və evini bir növ şirkət mağazasına çevirdi. Başqa biri 2006-cı ildən başlayaraq 150-dən artıq Canon fotoaparatı aldı. Dördüncüsü, artıq 5 ildir ki, hər səhər, günorta və axşam Panda Express restoranlarında yemək yeyir. Beşincisi, 20 ildir ki, Coca Cola-dan başqa heç nə içmir. Daha biri dörd ildir ki, hər gün Krispy Kreme şirkətinin 12 ponçikini yeyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır