İqtisadi fəal əhalinin sayı 5053,4 min nəfər olub

2017-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5053,4 min nəfər olub ki, onlardan da 4802,5 min nəfərini məşğul əhali təşkil edib.

Cari il iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1527,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,1 min nəfər, qeyri-dövlət sektorunda isə 646,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,2 min nəfər, qeyri-neft sektorunda isə 1493,5 min nəfər çalışıb.

2017-ci ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150 saat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır