2017-ci ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 % çoxdur. Gələnlərin 31,2 %-i Rusiya Federasiyası, 21,2 %-i Gürcüstan, 15%-i İran, 11,6 %-i Türkiyə, 3,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,3 %-i Ukrayna, 14,9 %-i digər ölkələrin vətəndaşları, 0,1 %-i isə vətəndaşlığı olmayan şəxslər olub.
Cari ilin yanvar-iyun ayları ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 14,8 % artaraq 51,2 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 17,7 % artaraq 438,3 min nəfər olub.
Qeyd edək ki, körfəz ölkələrindən gələnlərin sayının daha çox olub. Belə ki, bu ölkələrdən Azərbaycana ümumilikdə 263,5 min nəfər gəlib.