İxracatçılar Klubu çərçivəsində görüş keçirilib

Avqustun 24-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 10-dan çox şirkətin nümayəndəsi ilə görüş keçirilib.

İxracatçılar Klubu çərçivəsində keçirilmiş görüşdə Çin Xalq Respublikasındakı ticarət nümayəndəmiz Teymur Nadiroğlu da iştirak edib, Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb.

Görüşdə Çin Xalq Respublikasındakı ticarət nümayəndəmiz Teymur Nadiroğlu təmsil etdiyi ölkənin bazarı barədə məlumat verib, Azərbaycanın şərab məhsullarının bu bazara çıxarılması və satışının genişləndirilməsi imkanlarını diqqətə çatdırıb, iş adamları ilə bu sahədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır