29 avqust 2017-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət istiqrazının növü | Faizli, sənədsiz adlı |
Qiymətli kağızın ISIN kodu | AZ0105007550 |
Emissiya həcmi | 5 000 000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 2 il (728 gün) |
Faiz gəliri | 15 % |
Faiz gəlirinin ödəniş müddəti | 6 aydan bir
(182 gün) |
Ödəmə tarixi | 27.08.2019 |
Anderrayter | Paşa Kapital İŞ QSC |
Qeyd edək ki, hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.