“Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi” MMC problemli aktivlər üzrə yığım əməliyyatlarının optimallaşdırılması məqsədilə “БИТ Управление Задолжностью” proqram təminatının satınalınması üçün kotirovka sorğusu elan edir.
Kotirovka sorğusu iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə Bakı şəhəri, AZ 1065, C. Cabbarlı küçəsi, 40 C nömrəli ünvana təqdim etməlidirlər.
Təklif zərfləri 31 avqust 2017-ci il saat 12 .00-a qədər qəbul edilib, saat 18.00-da açılacaq.