Hərracda 12 əmlak özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 29 avqust tarixində növbəti hərrac keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hər biri Bakı şəhərində yerləşir. Ümumilikdə isə hərracda 12 əmlak özəlləşdirilib.

Özəlləşdirilən qeyri-yaşayış sahələrindən 5-i Yasamalda, 2-i Xətaidə digərləri isə müvafiq olaraq Nəsimi, Nizami və Suraxanıda yerləşir.

Hərracda qeyri-yaşayış sahələri içərisində ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən əmlak olub. Həmin əmlakın ümumi faydalı sahəsi 20 kv.m təşkil edir.

Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 17 kv.m dir.

Özəlləşdirilən nəqliyyat vasitəsi isə Kamaz markalı avtomobildir.

Qeyd edək ki, budəfəki hərrac da  özəlləşdirilən əmlakların  ümumi faydalı sahəsi 10,7  kv.m ilə 70 kv.m arasında dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır