Mərkəzi Bankın elan etdiyi tenderin nəticəsi açıqlanıb

Azərbaycan Respublikası Mərkəzi Bankının Tender Komissiyasının 14 avqust 2017-ci il tarixli qərarı ilə elan edilmiş tenderin qalibləri açıqlanıb.

Belə ki, Bakı şəhəri Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasında 1600 kVA-lıq transformator qurğusunun təchizatı və quraşdırılması işlərinin satınalınması (lot 1) və Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzi ofisinin və Sumqayıt ehtiyat mərkəzinin inzibati binalarında quraşdırılmış kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması işlərinin satınalınması (lot 2) ilə əlaqədar açıq tender elan edilmişdi.

Tenderin nəticəsi olaraq Lot 1 üzrə “Elektrikquraşdırma” Müəssisəsi, Lot 2 üzrə “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC qalib elan edilib. Qalib şirkətlərlə müvafiq satınalma müqaviləsi imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır