“Moody’s” Türkiyənin iqtisadi artım proqnozunu yüksəldib

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Türkiyənin 2017-ci il üzrə iqtisadi artım proqnozunu yüksəldib. Belə ki, agentlik 2017-ci ilin iqtisadi artım proqnozunu 2.6%-dən  3.7%-dək artırıb.

Həmçinin, “Moody’s” 2018-ci ildə Türkiyənin iqtisadiyyatının 3.2% artacağını gözləyir.

Qeyd edək ki, inflyasiyanın bu il üçün  9,5%, gələn il üçün isə 8,5% həcmində olacağı təxmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır