Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)-ın məlumatına əsasən, 2017-ci ilin yanvar-iyul ayları ərzində 4336.9 min ton xam neft hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 83.8 min ton və ya 1.9 % azdır.
İyul ayı üzrə hasilat isə iyun ayının göstəricisindən 3.6 % çox, yəni 631.5 min ton olub.
Qeyd edək ki, SOCAR ötən ay 609.3 min ton neft hasil edib.