Qaz hasilatı 5% azalıb

SOCAR 2017-ci ilin iyul ayı üzrə qaz hasilatının həcmini açıqlayıb. Açıqlamaya əsasən, iyul ayında 503,3 mln. mqaz hasil edilib.

Bu göstərici ötən ayla müqayisədə 14 mln. mvə ya 2.9 % azdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə qaz hasilatı 27.6 mln. m3 və ya 5.2% azalıb.

Qeyd edək ki, SOCAR 2017-ci ilin 7 ayı ərzində 3458.2 mln. mqaz hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 234.8 mln. mvə ya 6.4 % azdır. 3693

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır