Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir. Missiya 1-4 oktyabr tarixləri ərzində reallaşdırılacaq.
İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası” əsasında 20 sentyabr 2017-ci il tarixində AZPROMO-da təşkil olunacaq.
Qeyd edək ki, müsabiqədə iştirak haqqında ətraflı məlumat keçiddə yerləşdirilib.