2016-2017-ci il mövsümlərində UEFA Avropa Liqasının Azərbaycanda rəsmi bankı olan “Yapı Kredi Bank” Azərbaycan, bu dəfə də bir ilkə imza ataraq 2017-2018-ci il mövsümlərində Azərbaycan bankçılıq tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının Rəsmi Bankı seçilib.
UEFA Çempionlar Liqasının Rəsmi Bankı olması ilə bağlı fikirlərini bildirən “Yapı Kredi Bank” Azərbaycan İdarə Heyətinin Sədri Cenk Yüksel “Hər zaman ilklərə imza atmağı hədəflədiyimiz kimi, bu dəfə də UEFA Çempionlar Liqasının Rəsmi Bankı olduq. Futbol sadəcə bir idman növü deyil, eyni zamanda cəmiyyəti, coğrafiyaları birləşdirən mədəniyyət halına dönmüşdür. Əməkdaşlarımız, müştərilərimiz və bütün Azərbaycan xalqı ilə birlikdə futbol həyəcanını yaşamaq üçün önümüzdəki dönəmlərdə bir çox fəaliyyətlər həyata keçirəcəyik”
Qeyd edək ki, “Yapı Kredi Bank” Azərbaycanın əsas səhmdarlarından UniCredi UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının uzun illərdir ki rəsmi bankıdır. UniCredit UEFA Liqalarında sponsorluq haqqlarını Azərbaycanda “Yapı Kredi Bank” Azərbaycan markası istifadə edir.