Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104022543 ISIN-li, 10 mln. manat həcmində, 364 tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 88.7233 AZN (12.7799%) və 92.2055 AZN (8.4999%) olan 13 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 90.9544 AZN (9.9999%), orta ölçülmüş qiyməti 90.9714 AZN (9.9793%) müəyyən edilib. İstiqrazların nominal qiymətlə ümumi məbləği 31,341,100.00, yerləşdirilmiş həcmi isə 10 mln manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 4 sentyabr 2018-ci ildir.
Hərrac iştirakçıları 6 sentyabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.