Avropa Mərkəzi Bankının iclasının qərarları açıqlanıb.
Avropa Mərkəzi Bankı (AMB) sentyabr iclasında faizləri dəyişdirməyib, qiymətli kağız alışı proqramını da 60 milyard avroda saxlayıb.
Uçot dərəcəsi 0%-də, depozit faizi – 0.4%-də və marjinal maliyyələşmə faizi də 0.25%-də saxlanılıb.
Bəyanatda iqtisadi mənzərə və ya maliyyə şəraiti pisləşərsə, qiymətli kağız alışı proqramının dekabr və daha sonrasında da davam edəcəyi bildirilib.