2017-ci ilin avqust ayı ərzində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 5662 Yaşıl Kart beynəlxalq sığorta müqaviləsi bağlanılıb.
Belə ki, bunlardan 3733 müqavilə Türkiyə və İran İslam Respublikasına, 1853 müqavilə Rusiya, Moldova və Ukrayna Respublikasına, 76 müqavilə isə Yaşıl Kart sisteminə daxil olan bütün ölkələrə (Belarus və İsrail istisna olmaqla) səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub.
Qeyd edək ki, hesabat dövründə beynəlxalq sığorta müqavilələri üzrə sığorta şirkətləri tərəfindən toplanmış sığorta haqları 266 946 manat təşkil edib. Yaşıl Kart müqavilələrinin 4975-i minik, 338-i yük, 302-i qoşqu, 43-ü avtobus, 4-ü isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.