70 dövlət əmlakı özəlləşdiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Hərraca ümumilikdə 70 dövlət əmlakı çıxarılıb. Bunlardan  20-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u nəqliyyat vasitəsidir.

Hərraca çıxarılacaq əmlaklar haqqında daha ətraflı məlumat almaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır