“Zolotaya Korona” təcili pul köçürmə sistemi tərəfindən banklar arasında keçirilən, mart ayının 15-dən avqust ayının 31-ə qədər davam edən yarışmada AtaBank qalib gəlib.
Hazırda Zolotaya Korona AtaBank müştərilərinin ən sevimli pul köçürmə sistemlərindən biridir. Belə ki, 24 həftə davam etmiş yarışma ərzində AtaBank “Zolotaya Korona” tərəfindən qoyulan hədəfi 147,58 % başa vurulub. Yarışmada birinci yeri qazanan AtaBank-ın əməkdaşı, Zolotaya Korona tərəfindən hədiyyə olaraq təqdim edilən, “Avropanın balaca Havaisi” adlandırılan, dünyanın ən gözəl guşələrindən birinə səyahət imkanı əldə edəcək.