Azərbaycanın fındıq istehsalçısı olan “Xanel” şirkəti Rusiyaya 40 ton fındıq ixracına dair bu ölkənin müvafiq sahədə fəaliyyət göstərən şirkəti ilə Müqavilə imzalayıb. “Xanel” şirkətinin Rusiyanın distributor şirkəti ilə imzaladığı digər müqaviləyə əsasən isə bu ölkəyə 80 ton fındıq ixrac olunacaq.
Azərbaycanın şirniyyatları da “Worldfood Moscow” Sərgisinin ziyarətçiləri və Rusiya şirkətləri tərəfindən maraqla qarşılanıb. Sərgi çərçivəsində bu sahədə irihəcimli müqavilələri Azərbaycanın “Şirin” MMC şirkəti imzalayıb. “Şirin” MMC ilə Rusiyanın “Mir sladosti” şirkəti arasında imzalanmış Müqaviləyə əsasən, Rusiyaya 200 ton qənnadı məhsulları ixrac olunacaq.
Bundan başqa, sərgi zamanı Azərbaycanın “Əmin qida sənaye” MMC şirkəti şəkərli vanil və qabartma tozunun Rusiyaya ixracına dair bu ölkənin distributor şirkəti ilə razılıq əldə edib.
Qeyd edək ki,“Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin işə başladığı ilk 2 gün ərzində Azərbaycanın fındıq, qənnadı məmulatları, vanil və qabartma tozunun Rusiyaya ixracına dair 13 müqavilə imzalanıb.