ABŞ-da “Kaspersky Lab” məhsulları ictimai qurumlardan çıxarılır

ABŞ-da Trump rəhbərliyi “Kaspersky” məhsullarını ictimai qurumlardan çıxarmaq qərarına gəlib.

Belə ki, ABŞ kəşfiyyat xidmətləri Rusiyanın kiber dünyada ABŞ-ın milli təhlükəsizliyi üçün təhlükə olduğunu xəbərdar edib. Bu səbəbdən Trump administrasiyası ictimai qurumlarına öz şəbəkələrindən Rusiyanın kiber təhlükəsizlik şirkəti olan “Kaspersky Lab” məhsullarının çıxarılmasını əmr edib.

“Kaspersky Lab” isə anti-virus proqramının ABŞ-ın milli təhlükəsizliyini təhlükə altına ala biləcəyi iddialarını rədd edib.

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti federal orqanlardan istifadə etdilən”Kaspersky” məhsulunun 30 gün ərzində müəyyən edilməsini və 90 gün ərzində istifadəsinin dayandırılmasını istəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır