“Əsrin Müqaviləsi”ndən 125 mlrd. dollardan çox mənfəət əldə edilib”

SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirməsi məqsədi ilə mühəndis-layihə işlərinin irəli aparılması haqqında razılaşma əldə olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev: “1994-cü ildə “Əsrin Müqaviləsi”  imzalanandan bəri AÇG-yə 33 miyard dollar sərmayə qoyulmuş və 440 milyon ton neft hasil edilməklə ölkəmiz 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.”

BP şirkətinin Baş İcraçı Direktoru Bob Dadli: “Ötən 23 il ərzində “Əsrin Müqaviləsi” Azərbaycanı, Avropaya enerji təchizatını və bu işləri uğurlu etmək üçün əlindən gələni etmiş hər birimizi həqiqətən dəyişmişdir. Bu gün imzalanmış saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmak imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır