Xarici təşkilatlar tərəfindən əsas kapitala 6019,5 mln. manatlıq vəsait yönəldilib

2017-ci ilin yanvar-avqust aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6019,5 milyon manat vəsait yönəldilib.

Statistika Komitəsinin məlumatına görə, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 5293,8 milyon manatı və ya 87,9 %-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ, Yaponiya, Çexiya və Norveç sərmayədarlarına məxsus olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır