Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2017-ci ilin 8 ayında qeyri-neft sektorunda 2.2%-lik iqtisadi artım qeydə alınıb.
O cümlədən, qeyri-neft sənayesində 4.6%, ticarətdə 1.8%, turizmdə 2.6%, rabitə və informasiya sahəsində 4.9% artım müşahidə olunur. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş silsilə tədbirlər, dövlətin investisiya tələbi və xarici tələbin genişlənməsi iqtisadi artımın davam etməsində əhəmiyyətli rol oynayıb. Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsini təsdiq edir.