İndiyədək “Şahdəniz” yatağından 85 mlrd. kubmetr qaz hasil olunub

“İndiyədək “Şahdəniz” yatağından təxminən 85 milyard kubmetr qaz, 21,2 mln. ton kondensat çıxarılıb.”

Rövnəq Abdullayev “Azərbaycan” qəzetindəki məqaləsində bu rəqəmləri açıqlayıb.

“Qarşıda bizi ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. “Şahdəniz-2” çərçivəsində hazırkı illik hasilata daha 16 milyard kubmetr qaz əlavə olunacaq, bu həcmin ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya-Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcək. Layihə üzrə ilk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur.
“Şahdəniz-2” layihəsi çərçivəsində əldə etdiyimiz uğurlardan biri də “Xankəndi” sualtı tikinti gəmisinin inşası oldu. Qeyd etmək lazımdır ki, “Xankəndi” gəmisinin tikintisində ümumilikdə 2 mindən çox işçi çalışıb və onların 75 %-ni yerli mütəxəssislər təşkil edib.”-deyə Rövnəq Abdullayev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır