Çinin virtual pula maneə törətməyə cəhd göstərməsinə baxmayaraq, “Bitcoin” 4.100 dollardan da artıq yüksəlib. Bu artımın səbəblərindən biri, Avropa Mərkəzi Bankının (ECB) Başçısı Mario Draghi’nin etdiyi açıqlamadır.
Belə ki, Draghi bir təqdimatında “”Bitcoin”i qadağan etmək və ya nəzarət altında saxlamaq üçün bir yol yoxdur” deyə bildirib.
Draghi “Bizim açıq-aydın virtual pulları nəzarət altında saxlamaq və ya qadağan etmək gücümüz yoxdur. Buradakı real sual, bu pulun iqtisadiyyata necə təsir edəcəyidir “deyə sualları cavablandırıb.
Bitcoin’in təkrar yüksəlməsinə səbəb olan digər bir səbəb isə Yapon banklarının yeni bir virtual valyutanın inkişaf etdirilməsi üçün işə başlayacağına dair məlumat verməsidir.
Qeyd edək ki, “Bitcoin” gündə 3%-ə qədər artaraq 4,070 ABŞ dolları, dünyanın ikinci ən böyük virtual valyutası olan “Eteryum” isə 1% artaraq 295 dollar səviyyəsində olub.