Beynəlxalq konfransda Azərbaycanın pensiya təminatı sistemi yönündə islahatlar təqdim edilib

Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında  Dövlət Sosial Müdafiə Fondunun nümayəndə heyəti Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində “Pensiya təminatı sisteminin maliyyə sabitliyi” mövzusunda təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Tədbirdə Fondun direktoru Zakir Babayev Azərbaycanın pensiya təminatı sisteminin inkişafı yönündə aparılan islahatlarla bağlı “Azərbaycanın pensiya təminatı sisteminin inkişafında maliyyə mexanizmləri” adlı təqdimatla çıxış edib.

Nümayəndə heyəti Astanada “Sosial ayırmalar-məşğul əhaliyə adekvat sosial ödəmələrin təminatıdır” mövzusunda keçirilən respublika seminarında da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır