“Birgə Daimi Komissiya”nın fəaliyyəti intensivləşəcək

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 10-cu Avropa Regional İclasında iştirak etmək üçün Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülidə Seriyeroğlu arasında görüş olub.

Nazir bildirib ki, bu gün həm Türkiyə, həm də Azərbaycan BƏT prinsiplərinə sadiq qalan, əmək və məşğulluq sahələrində mütərəqqi beynəlxalq yanaşmaları fəal şəkildə bölüşən ölkələrdir.

Görüşdə əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsi qərara alınıb və əmək resurslarının rəqabət qabiliyyətinin artırılması, işçi qüvvəsinin ixtisasartımının təşkili və sertifikatlaşdırılması,  peşə standartlarının hazırlanması və tətbiqi, gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi və s. sahələrdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır