Azərbaycan bank sektorunun aktivləri 29,5 mlrd. manata çatıb

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29,491.7, cəmi öhdəlikləri isə 26,568.2 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,923.6, əhalinin əmanətləri 6,871.7 milyon manat olub.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,495-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,167 nəfər təşkil edib.

2017-ci ilin 31 avqust tarixinə olan bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb:

Bank icmalı 31 avqust 2017 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır