Banklar ilin ilk 8 ayını 350 mln. manat mənfəətlə başa vurub

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata əsasən, 31 avqust 2017-ci il tarixinə bankların faiz gəlirləri 1292.9  mln. manat, qeyri-faiz gəlirləri isə 537.4 mln. manat olub. Sektorun aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyat ayırmaları  196.8 mln. manat, mənfəət vergisi isə 21.3 mln. manat  təşkil edib.

Qeyd edək ki, banklar ilin ilk 8 ayını 350 mln. manat xalis mənfəətlə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır