Böyük Britaniya Avropa Birliyini tərk etməyi qərara aldı. Bundan sonra nə baş verəcək? Britaniyada və AB-də yaşan Britaniya vətandaşları və kanalın hər iki tərəfindəki bizneslər üçün dərhal baş verəcək əhəmiyyətli təsirlər gözlənilmir.
Real təsirlər illər üzunu davam edə biləcək danışıqlardan asılıdır və heç kim bu danışıqların neçə il çəkəcəyini deyə bilməz. Buna oxşar yalnız bir nümunə var, əhalisi cəmi 50 000 olan Qrenlandiya nümunəsi. Qrenlandiya AB-dən çıxmağı 1982-ci ildə qərara alıb. İndi baş nazir Devid Kameronun əsas vəzifəsi bazarları sakitləşdirməkdir. Asiya bazarları artıq bu xəbərə reaksiya veriblər. Funt dollara qarşı 9% ucuzlaşıb, Yen-ə qarşı isə 13%. Bəzi ekspertlər hesab edirlər ki funt 20%-ə qədər ucuzlaşa bilər. Hazırda hökumət təcili qəbul edilməli olan “Brexit büdcəsi”nin lazım olub-olmadığını müəyyən etməlidir. Maliyyə naziri belə büdcənin tələb olunması fikrini referendumdan öncə bildirmişdi.
Cənab Kameron Lissabon sazişinin 50 maddəsinin tətbiq ediləcəyini söz verib. Bu maddəyə əsasən Birlikdən çıxma şərtlərinin müəyyənləşdirilməsi üçün iki illik müddət nəzərdə tutulur.
Burada bir neçə yamaşma nəzərdən keçirilə bilər. Bunlardan biri Norveçə aid yanaşmadır. Qeyd edək ki, Norveç Avropa İqtisadi Zonasının (EEA) üzvüdür və bunun əvəzində o AB-nin büdcəsinə müəyyən üzvlük haqqı ödəyir və AB vətəndaşlarının ölkəyə sərbəst daxil olmasını təmin edir. Digər yanaşma isə AB-dən tam ayrılmaqdır. Bu halda Britaniyanın AB ilə ticarəti Amerika və Çin ilə olduğu kimi Dünya Ticarət Təşkilatının qaydalarına əsasən həyata keçiriləcək. Bir çox iqtisadçılar sonuncu yanaşmanın reallaşmasının Böyük Britaniya iqtisadiyyatına ciddi zərbələr vuracağını düşünür.
Mənbə: The Economist