2017-ci ilin sentyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 15237 zəng cavablandırılıb.
Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 46 824 SMS göndərilib.
Sentyabr ayı ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 388436 daxilolma qeydə alınıb.
Vergi ödəyicilərinə xidmət strukturlarında 24748 vətəndaş qəbul edilərək onlara 37032 sayda xidmət göstərilib. 2017-ci ilin 1 oktyabr tarixinə vergi ödəyicilərinə ümumilikdə 366187 sayda ASAN İmza sertifikatı verilib.
2017-ci ilin sentyabr ayı ərzində 7039 vergi ödəyicisi (955 hüquqi şəxs, 6084 fiziki şəxs) qeydiyyatdan keçib.