“Azər Türk Bank” gənclərə dəstək kampaniyasını davam etdirir

Rəqəmsal bazarda Sosial Media Marketinqi üzrə mütəxəssislərin yetişdirilməsi məqsədini daşıyan “SMM2017 Business breakfast” layihəsi bu günlərdə işini uğurla başa vurub. ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi SMM sahəsində mütəxəssislər formalaşdırmaq, iştirakçılara bu sahə üzrə nəzəri və praktik töhfələr verməkdir.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, dövlət bankı “Azər Türk Bank” digər tərəfdaşlarla bərabər bu mühüm əhəmiyyətli tədbirin iki ildir ki, sponsoru kimi çıxış edir.  Daim yenilikçi və innovativ olan “Azər Türk Bank”ın bu layihədə iştirak etməkdə niyyəti ölkədə gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq təcrübə əldə etmələrinə, onların karyera yüksəlişinə və ümumi inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, bağlanış mərasimində iştirakçılar sertifikat və “Azər Türk Bank” və digər tərəfdaşlar tərəfindən hədiyyərlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır