Neft Fondumuz “Brexit” ilə 86 milyon dollar itirdi

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Brexit” nəticəsində funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində bu gün 86 mln. dollar vəsait itirib. 

2016-cı il ilk rübünün yekunlarına görə, ARDNF-nin portfelində olan 1 milyard 150,7 mln. funt sterlinqin dollar ekvivalentində zərəri ötən günün (iyunun 23-nün) qapanışından bu gün saat 12:00-a qədər 86 milyon dollar təşkil edib.

Xatırladaq ki, ilk rübün yekunlarına əasən, ARDNF-nin aktivlərinin 4,9%-i funt stelinqdə yerləşdirilib.

Funtun ucuzlaşması prosesinin davam edəcəyini və Fondun itkisinin artacağını proqnozlaşdırır.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır