Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2017-ci ilin yanvar-sentyabr aylarında 28.3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.3 % az sənaye məhsulu istehsal olunub.
BBN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 70.2 %-i mədənçıxarma sektorunda, 24.6 %-i emal sektorunda, 4.4 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.8 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.
Qeyd edək ki, mədənçıxarma sektorunda neft hasilatı 8.0 %, əmtəəlik qaz hasilatı isə 3.4 % azalıb.