“Unibank” 18 oktyabr Dövlət Müstəqilliyi günü münasibəti ilə bağlı kampaniya keçirir. “Dövlət Müstəqilliyi günü” kredit aksiyası çərçivəsində oktyabrın 21-dək “Unibank”da nağd kreditlər 0% komissiyalı olub.
Belə ki, kreditin komissiyasız rəsmiləşdirilməsi, sığorta haqqının olmaması, kreditin müddətinin 36 ayadək olması, kreditin aylıq minimum ödənişlərinin 19 manatdan başlaması və heç bir zamin tələbinin olmaması kredit kampaniyasının əsas şərtlərindəndir.
Qeyd edək ki, aksiya çərçivəsində əmək haqqı 174 manatdan yuxarı olan hər kəs, komissiyasız nağd kredit üçün müraciət edə bilər.