Daşkəsən rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Daşkəsən rayonunda işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Daşkəsən rayonu üzrə sahibkarlıq subyektlərindən cins heyvandarlıq, kartofçuluq və arıçılıq təsərrüfatlarının yaradılması və süd emalı və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır