17 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102027544 ISIN-li, 20 mln. manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 7 investor tərəfindən 18 sifariş təqdim edilib. Sifarişlərin qiymət intervalı 94.9613 AZN (10.7000%) və 97.1106 AZN (6.0000%) olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 51 141 200.00 AZN olub.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.9554 AZN, yəni 8.5000%, orta ölçülmüş qiyməti 96.1376 AZN, yəni 8.1017% müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 20 000 000 AZN təşkil edib.
İstiqrazların ödəmə tarixi – 17 aprel 2018-cu ildir.
Qeyd edək ki, hərrac iştirakçıları 18 oktyabr 2017-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.