ƏƏSMN 94 mindən çox gecikdirilmiş vəsaitlərin ödənişini təmin edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən  həyata keçirdiyi tədbirlər nəticəsində cari ilin 9 ayında ümumilikdə 94 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib.

Həmin vəsaitin 93.3%-i əmək haqlarından, 4.2%-i işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Ayrı-ayrı vətəndaşların işdən qanunsuz şəkildə azad olunmalarına dair müraciətləri əsasında da qanunvericiliyə uyğun tədbirlər görülüb və işindən qeyri-qanuni şəkildə azad edildiyi aşkar olunan şəxslər yenidən əvvəlki işlərinə bərpa etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır