“DəmirBank” daxili prosessinq sisteminə keçib

“DəmirBank”da plastik kartların in-house (daxili) prosessinq mərkəzi olan “Ocean” sisteminin tətbiqi uğurla başa çatdırılıb. Yeni sistem kart məhsullarının yaradılması, çap edilməsi və s. kimi bir çox kart əməliyyatlarını bank tərəfindən 3-cü tərəf təşkilatın vasitəçiliyi olmadan idarə etməyə və plastik kartların funksionallığının artırılmasına geniş imkanlar yaradır.

Qeyd edək ki, yeni sistemə keçidin məqsədi müştərilərə daha sürətli və çevik xidmətin təmin edilməsidir. DəmirBank qısa zamanda plastik kart müştəriləri üçün bir çox yenilikləri istifadəyə verəcək. Plastik kart sifarişi üçün bankın istənilən filialına müraciət edə bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır