“Bank of Baku” Bolkartın 6 yaşına özəl 100% nağdlaşdırma kampaniyasına başlayıb

Bank of Baku Bolkartın 6 yaşını qeyd edir.

Bolkartın 6 yaşına özəl olaraq Bank, öz müştərilərini “6 yaşda, 6 yeni kampaniya” adı altında həyata keçirdiyi sürpriz silsilə kampaniyalarla sevindirmək niyyətindədir.

Bu silsilənin birincisi Bolkart kredit kart sahibləri üçün təqdim olunan 100% nağdlaşdırma kampaniyasıdır.

25 oktyabr – 5 noyabr tarixləri arasında keçirilən kampaniya şərtlərinə əsasən, Bolkart kredit kart sahibləri balanslarındakı məbləğin hamısını, yəni tam 100%-ni nağdlaşdıra biləcəklər.

Bolkartın 6 yaşına özəl elan edilən bu kampaniyadan müsbət kredit tarixçəsinə malik olan həm köhnə, həm də yeni Bolkart kredit kart sahibləri faydalana bilərlər.

Nağdlaşdırma üçün yeni Bolkart kredit kartlarında 1%, köhnə Bolkart kartlarında isə 2% komissiya nəzərdə tutulub. Məsələn, köhnə Bolkart kredit kart sahibi, 1000 AZN nağdlaşdırma etsə və 10 dekabra qədər onu banka geri qaytarsa əlavə heç bir faiz olmadan, sadəcə nağdlaşdırma komissiyası nəzərə alınmaqla ümumilikdə 1020 AZN ödəniş edəcək.

Yeni Bolkart kredit kart sahibləri isə 1000 AZN nağdlaşdırma etdikdə, geri ödəyəcəkləri məbləğ, əsas borc və 1% nağdlaşdırma komissiyası daxil olmaqla, 1010 AZN təşkil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır