Bu ölkə avronun tətbiqinə başlayır

Xorvatiya 2020-ci ildə avroya keçməyi planlaşdırır.

Baş nazir Andrej Plenkovic bildirib ki, 2020-ci ildə Avropa Birliyində (AB) sədrlik Xorvatiyaya keçdiyi zaman avronu tətbiq etmək planlaşdırır. Onun sözlərinə görə, avro Xorvatiyaya qlobal mənada siyasi və iqtisadi kredit təhlükəsizliyi gətirəcək.

Nazir bu sözləri Mərkəzi Bank tərəfindən Zaqrebdə təşkil olunan “Xorvatiyada avroya keçid strategiyası” adlı konfransda deyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır