Noyabrın 8-də Azərbaycan Dövlət İqtisad Universitetində tədqiqatçıların, müəllim və tələbələrin İqtisadiyyat Nazirliyi və BMT-nin Azərbaycan Nümayəndəliyi tərəfindən birgə elan edilmiş İnnovasiya Müsabiqəsi barədə məlumatlandırılması məqsədilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Elm və İnnovasiya Mərkəzinin direktoru Sakit Yaqubov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov innovasiyaların vacibliyi və innovativ fəaliyyətinin üçün əhəmiyyətindən bəhs edib.
İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin əməkdaşı Elnur İbrahimov innovasiya müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış edib.
Sonra iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, innovasiya müsabiqəsi BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinin məqsədlərinin təşviqi, innovasiyaların həvəsləndirilməsi, həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin icrasına dəstək məqsədi ilə elan edilib.