Növbəti ixrac missiyası Çində səfərdədir

Azərbaycanın növbəti ixrac missiyası Çin Xalq Respublikasının Şanxay şəhərindədir.

“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına şərab və spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 13 yerli şirkətin nümayəndəsi daxildir.

Qeyd edək ki, Şanxay şəhərinə təşkil olunmuş ixrac missiyası sayca 10-cudur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır